Fransa səfirliyi də Azərbaycana başsağlığı verdi

0


 Fransanın Azərbaycandakı səfirliyi bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayışda insan itkisi ilə bağlı başsağlığı verib.

Adaletyolu.com xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib.

“Bu gün mina partlaması nəticəsində həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı veririk. Fransa ölkəni minalardan təmizləmək səylərində Azərbaycanı dəstəkləməyə sadiqdir”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, bundan öncə Türkiyə və ABŞ səfirliyi Azərbaycana başsağlığı verib.

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)
To Top