Kredit kartı ilə qurban almaq olarmı? Nazirlik AÇIQLADI

0

 

Qurban bayramı yaxınlaşdıqca, Türkiyədə Diyanət İşləri Nazirliyinin Ali Şurası qurban kəsmə ilə bağlı sualları cavablandırıb.

Edaletyolu.info türk mediasına istinadən xəbər verir ki, burada qurban kəsməkdə kimin məsul olduğu, qurban kəsiləcək heyvanların xüsusiyyətləri kimi məsələlər müzakirə edilib.

Ən maraqlı suallardan biri isə qurbanlıqların kredit kartı və ya taksitlə alınmasının düzgün olub-olmaması barədə olub.

"Qurban kəsmək məcburiyyətində olan şəxs qurbanlığı nəğd və ya kredit kartı ilə hissə-hissə ala bilər. Bununla belə, kredit kartı borcunu vaxtında ödəmək və gecikmədən yaranan faiz xərclərinə düşməmək lazımdır. Taksitlə alınan mal alıcının mülkiyyətinə keçdiyi üçün bu şəkildə alınan heyvanı qurban kəsməyin eybi yoxdur" - , deyə cavabda bildirilib.


Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)
To Top