İmişli RİH başçısı Elçin Rzayev Mirili və Qaravəlili kəndlərində səyyar görüş keçirib

0

 

Yerlərdə vətəndaşların mövcud problemlərini öyrənib həllini sürətləndirmək məqsədilə iyulun 22-də təsdiq edilmiş qrafikə uyğun olaraq, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev  rayonun Qaravəlili və Mirili kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirib. Mirili kənd tam orta məktəbində təşkil olunan səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.

Kənd sakinləri qarşısında  çıxış edən icra başçısı dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini və bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. 

Rayon rəhbəri sakinlərin müraciətlərini dinləyib və qaldırılan problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli istiqamətində görüləcək tədbirlər müəyyənləşdirilib. Görüş iştirakçıları əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə razılıqlarını bildiriblər.


 

TAĞ

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)
To Top