İşgüzar xanım, vətənpərvər QHT rəhbəri - Yasəmən Qəyyumlu

0
Müasir dövrdə Azərbaycanın ictimai-siyasi  inkişafında QHT sektorun rolu danılmazdır. Bu inkişafın ön cəbhəsində duran, vətəndaş cəmiyyəti insitutunda  ictimai məsuliyyət daşıyan şəxslər arasında 
Yasəmən Qəyyumova kimi vətənpərvər təşkilat rəhbərinin  xüsusi yeri vardır. 
O, sadəcə təşkilatı fəaliyyəti ilə deyil, həm də dövlətə sədaqəti, sosial məsələlərə həssas yanaşması və şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğı ilə seçilir.Yasəmən xanım uzun illərdir ki, ölkəmizdə QHT sektorunda  fəaliyyət göstərərək,
Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyin sədr vəsifəsini layiqincə yerinə yetirir.
O, yaradıcı təşəbbüsləri, düzgün idarəetmə bacarığı və milli-mənəvi dəyərlərə sadiqliyi ilə QHT  mühitində nüfuz qazanmışdır. Onun rəhbərlik etdiyi təşkilat yalnız işin təşkili üzrə səmərə deyil, eyni zamanda sosial məsuliyyət nümunəsi olaraq da cəmiyyətdə hörmətlə qarşılanır.Tanınmış xanım sədr işgüzar şəxs kimi Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə aktiv fəaliyyəti ilə daim dəstək verir. O, çıxışlarında dəfələrlə vurğulayıb ki, bu ölkədə sabitliyin, inkişafın və milli birliyin qorunması hər bir vətəndaşın borcudur. O, bu prinsipləri öz fəaliyyəti ilə də təsdiqləyir. Dövlətə sədaqət, xalqına və torpağına bağlılıq onun həyat tərzidir. Vətən müharibəsi dövründə və ondan sonra Yasəmən Qəyyumova  öz təşəbbüsü ilə şəhid ailələrinə və qazilərə yardım kampaniyaları təşkil etmiş, bir çox ailənin sosial vəziyyətinin yaxşılaşdırılmasına töhfə vermişdir.
 Qazanılan qələbəyə böyük dəyər verərək "ZƏFƏR DİPLOMU"u təsis etmişdir. 
 Yasəmən Qəyyumova hər zaman şəhidlərimizin xatirəsini uca tutaraq, onların ailələrinə mənəvi və maddi dəstəyini əsirgəmir. Onun bu addımları cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. 
Eyni zamanda, Yasəmən xanım gənclərin təhsilinə, peşəkar inkişafına dəstək göstərən layihələrə də önəm verir. O, gələcəyin qurucusu olan gənc nəslin milli ruhda, savadlı və vətənpərvər yetişməsini Azərbaycanın gələcəyi naminə vacib sayır. 
Bir sözlə, Yasəmən Qəyyumova çox şaxəli fəaliyyətində  əldə etdiyi uğurları xalqa xidmətə yönəldən, milli maraqları hər şeydən üstün tutan  fəal QHT rəhbəridir.  Onun timsalında Azərbaycan cəmiyyətinə faydalı olan, dövlətə və xalqa sədaqətlə xidmət edən təşkilat rəhbəri  obrazı canlanır. Bu kimi şəxslər dövlətimizin sosial dayaqlarını gücləndirir, xalqın rifahına xidmət edən dəyərləri yaşadır. Bu əlamətlər onun yazdığı  vətənpərvər
şeirlərində də öz əksinin tapıır. 

Fərid Səfərov 
Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyin mətbuat katibi

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)
To Top