Zeynəb Xanlarovanın övladlarına vəsiyyəti – Mən öləndən sonra məni ...

0

 

“Gözümü açandan ilk sevgim anam olub. Elə gec ailə qurmağımın səbəbi də məhz bu idi”.

Edaletyou.info NOCOMMENT.az - a istinadən  xəbər verir ki, bu fikri Xalq artisti Zeynəb Xanlarova 25 il əvvəl – 2001-ci ildə Mehriban Ələkbərzadənin “Persona” verilişində səsləndirib.

“Anamı o qədər sevmişəm ki, ailə qurmağı da yadımdan çıxarmışdım” deyən Xalq artisti ana sevgisinə görə Allaha təşəkkür edib.

Dediyinə görə, uşaqlarına öləndə anasının qəbrinin ayaq hissəsində dəfn edilməsini vəsiyyət edib:

“Uşaqlarıma da demişəm ki, mən öləndə meyitimi yandırıb anamın ayağının altında basdırarsınız. Ki, ondan ayrı düşməyim. Amma Səlim (rəhmətlik həyat yoldaşı – red.) həmişə deyərdi ki, narahat olma, sən öləndə səni Fəxri Xiyabanda basdıracaqlar”.

“Övladlarıma demişəm, mən rəhmətə gedəndən sonra mənim yox, anamın qəbrini ziyarət etsəniz,ruhum da şad olacaq”, – Zeynəb Xanlarova əlavə edib.

TAĞ

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)
To Top